"Dəmir Yumruq" Alfa -a Cəmiyyətinin kollektivi Ordubadda Şəhid ailələri ilə görüş keçirib

"Dəmir Yumruq" Alfa -a Cəmiyyətinin kollektivi Ordubadda Şəhid ailələri ilə görüş keçirib

Hörmətli oxucular və bizi izləyən izləyicilər "Qanunyolutv.az" xəbər verir ki, aprelin 20-də Ordubad rayonunda Region Tədris Mərkəzinin rəhbəri Vüsalə xanım Məmmədovanın təşkilatçılığı ilə "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova başda olmaqla rəhbərlik etdiyi kollektiv Şəhid ailələri ilə görüş keçiriblər.

Onlar əvvəlcə Ordubad rayonundakı "Şəhidlər Xiyabanı"nı ziyarət ediblər. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub, şəhidlərimizin əziz ruhlarına dualar edilib. Şəhidlərimizin məzarlarına əklillər, güllər qoyulub. Tədbir yemək süfrəsi arxasında davam edib.

"Qanunyolutv.az" xəbər verir ki, Şəhid ailələri ilə görüşdə çıxış edən "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova əvvəlcə tədbir iştirakçılarını salamlayaraq, Şəhid ailələrinə Allahdan səbr diləyərək bildirib ki, 44 günlük Vətən müharibəsində Şəhid olan oğulların ruhu qarşısında öz missiyamızı layiqincə yerinə yetirməyə çalışırıq. Azərbaycanın bütün rayonlarında olub ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələri ilə mütəmadi olaraq çoxsaylı görüşlər keçiririk.

Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır. Sizin övladlarınızın igidliyi, şücaəti sayəsində, biz firavan həyat yaşayırıq.

Daha sonra Region Tədris Mərkəzinin rəhbəri Vüsalə xanım çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-hücum əməliyyatı böyük qələbəmizlə başa çatdı. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olacaq bir ömür yadigar qoydular. Onların qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq!

Mərasimin sonunda şəhid valideynlərinin hər biri göstərilən bu təşəbbüsə görə öz təşəkkürünü bildirib.

P.S.Məndə sonda "Qanunyolutv.az" -ın rəhbəri olaraq kollektivimiz adından Vətənpərvər, həmişə Şəhid, Qazi, imkansız ailələrinin yanında olan, onlara imkanı daxilində maddi və mənəvi köməklik edən "Dəmir Yumruq" Alfa-a Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədovaya tutduğu bu xeyirxah yolda, ona və rəhbərlik etdiyi kollektivə daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

#BİZBİRLİKDƏGÜCLÜYÜK!

"Qanunyolutv.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter