İşbazların ikisi sevgili, biri isə dəstə başçısıdır - 900 minlik cinayətin arxasında kimlər durur və havadarlıq edir???
- 04.01.2025, 03:20,
- Gündəm / Siyasət / Hadisə / Sosial / Kriminal / Xəbər
Baxılıb: 64
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qanunyolutv.az" xəbər verir ki, güzəştli mənzil, işə düzəltmə, pensiya və müxtəlif adlar altında vətəndaşlardan yüz minlərlə pul alan dəstə üzvlərindən biri polis tərəfindən saxlanılıb. Məhərrəmov Məhəmmədəli Cəmil oğlu 900 min manat məbləğində pul mənimsəməkdə günahkar bilinir.Əziz izləyicilər daha əvvəl sizlərə Məhəmmədəli və Xəyalın sevgi hekayəsindən bəhs etmişdik. Bu gün isə hadisələrin pərdəarxasında qalan, dırnaq arası “qəhrəman"ların birindən danışacağıq. Şikayətçilərin sözlərinə görə, bu dəstə üzvləri iki sevgilinin Məhəmmədəli və Xəyalın səmimiyyətindən sui-istifadə edərək, onlardan öz məqsədləri üçün istifadə ediblər.
Nəzərinizə çatdırım ki, iddialara görə dəstənin digər üzvü İmişli rayon sakini Məmişov Qabil Sarıbala oğlu yeni qurbanların şəbəkəyə cəlb olunmasında və yığılan pulların 3 nəfər arasında bölünməsində əsas rol oynayıb. Qurbanlar arasında fiziki qüsurlu olan xəstə insanlar, qazilər və yüzlərlə sadə vətəndaş yer alıb.
Vətəndaşların çoxsaylı şikayətlərinə baxmayaraq heç bir yerdə rəsmi işlə təmin olunmayan Məmişov Qabil Sarıbala oğlu hal-hazırda azdlıqdadır. O, dələduzluq yoluyla günahsız insanları aldadaraq əldə etdiyi çirkli pullarla bahalı restoranlarda vaxt keçirərək yeyib-içməkdə olur və müxtəlif bəhanələrlə insanları aldatmaqla özünə böyük sərvət toplamışdır.
Qeyd edim ki, hal-hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
P.S.Mən "Qanunyolutv.az" saytının rəhbəri olaraq ümid edirəm ki, DİN-yi, eləcədə aidiyyatı orqanlar vətəndaşları sosial evlərlə təmin etmək adıyla aldadaraq dələduzluq yoluyla küllü miqdarda pullarını mənimsəyərək, insanlara maddi və mənəvi ziyan vuran bu şəxslər haqqında lazımı tədbirlər görəcək, onları tezliklə cinayət məsuliyyətinə cəlb edəcəklər.
"Cinayət cəzasız qalmır!""Qanunyolutv.az"
