Ucar rayon rəhbərliyinin Ulu Öndərimizə qarşı hörmətsizliyi

Ucar rayon rəhbərliyinin Ulu Öndərimizə qarşı hörmətsizliyi

Hörmətli oxucularımız, dəyərli izləyicilərimiz və Ulu Öndər sevərlər. Qanunyolutv.az" xəbər verir ki, 09.02.2024-cü il tarixində sayıtın rəhbəri olaraq komandamızla birlikdə antiterror döyüşlərində, torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində, haqq savaşında qəhrəmancasına döyüşərək Şəhid olmuş Mustafayev Hüseyn Əli oğlunun cənnətdəki mövlud günüylə bağlı tədbirdə iştirak etmək üçün yollandıq Ucar rayonuna.

Şəhid Mustafayev Hüseynin tədbirində iştirak edib qayıdarkən yol qırağında, dövlət idarəsinin yanında quraşdırılmış Azərbaycanı, xalqını sevən, Azərbaycanı dünyada tanıdan Ulu Öndər Heydər Əliyevin baxımsızlıqdan saralıb-solan, rayon rəhbəri Mənsur Məmmədovun biganəliyi nəticəsində görkəmsiz hala düşmüş şəkli həqiqətəndə məni həm sayt rəhbəri, Qarabağ iştirakçısı və həmdə bir Azərbaycan vətəndaşı kimi çox məyus etdi. Məndə sayt rəhbəri olaraq bu xoşagəlməz mənzərəni lentə alıb şəklini çəkdim və saytımda, sosial şəbəkələrdə işıqlandırdım.

Düşünürəm bəs görəsən Ucar RİH-nin başçısı Mənsur Məmmədov həftə arası işə gedib-gəldiyi bu yolda Azərbaycan üçün daima mübarizə aparan, onun hər qarış torpağına Vətən deyən, bizlərə müstəqillik və azdlıq verən Əbədiyaşar Liderimiz Heydər Əliyevin baxımsızlıqdan saralıb-solan bu şəklini görmürmü? Rəhbər Mənsur Məmmədovun bu şəkil diqqətini bir Azərbaycan vətəndaşı olaraq cəlb etmirmi?

P.S. Bəli, əlbətdəki Vətən uğrunda Şəhid olmuş şəhidimizin tədbirində iştirak etməyən bir başçı üçün bu şəkildə maraqsız olar. Görünür ki, Ucar RİH-nin başçısı Mənsur Məmmədovu Ulu Öndər Heydər Əliyevin baxımsız qalan şəkli yox, onun özünə lazım olan vacib məsələlər, əldə olunan qazanclar və maddiyyatlar maraqlandırır. Amma yaddan çıxarmaq lazım deyil ki, "Şah qanun deyil, Qanun şahdır!."

P.S.Sonda onu da qeyd edimki, Mənsur Məmmədov saytlarda qalmaqallı, gündəmdə olan rəhbərlərdən biridir. Bunu hətta Ucar rayonunda da şəkli çəkiliş etdiyimiz zaman bizə məlumat verdilər. Rayonun rəhbərindən razılıq edən yoxdur. Rayon bərbad haldadır, baxımsızlıq baş alıb gedir.


"QanunyoluTV.az" Təsisçi və Baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter