Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev Qarabağ qazisinin torpağını əlindən aldı-VİDEO

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev Qarabağ qazisinin torpağını əlindən aldı-VİDEO



"Qanunyolu.info.az" "Reportyor.TV"- yə istinadən bildirir ki, bu yaxınlarda daha bir qanunsuzluq, özbaşnalıq, Qarabağ qazisinə qarşı hörmətsizlik Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Agayev tərəfindən edilmişdir.
Qeyd edək ki, “Lələtəpə Əməliyyatı” nın iştirakıçısı, Cənab Prezidentin “İgidliyə görə” medalla təltif etdiyi, ehtiyyatda olan kəşfiyyatçı, Lələtəpəyə ilk Azərbaycan bayrağını sancan 18 nəfərdən biri, iki qat dünya, bir qat Avropa çempionu Elməddin Rüstəmov Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həm ələ salınıb, həm də ziyana gedibdir. Öncəliklə onu deyim ki, nədəndirsə, Beyləqan rayonuna təyin olunub gələn icra başçıları əzazil olurlar.Onlar sanki rayonu çapıb-talamağa, insanlara zülm etməyə, onları söyüb təhqir etməyə və vətəndaşlara qarşı haqsızlıq etməyə görə gəlirlər. Cənab Prezident hər dəfə icra başçıları təyin edərkən onlara ilk sözü bu olurki, işlədikləri rayonlarda sakinlərə qayğıyla yanaşsınlar, onlara yüksək səviyyədə xidmət göstərsinlər, onları incitməsinlər, korrupsiya və rüşvətə qurşanmasınlar, nümunəvi olsunlar, vətəndaşların hər bir problemlərini həll etsinlər və daima insanların əhatəsində olub onların yaşam tərziylə maraqlansınlar. Lakin Prezidentin bu tapşırıqlqrına məhəl qoymayan icra başçıları rayonlarda hegemonluq edərək rayon və kənd əhalisinə zülm edir, onları incidir, qanun pozuntularına yol verirlər. Görünən odur ki, icra başçıları Prezidenti aldadaraq Ona yalan məlumatlar verib tələb və tapşırıqlarını ciddiyə almırlar. Verilən tapşırıqları yerinə yetirmirlər, vətəndaşlara qarşı amansız, qəddar olurlar. Ən dəhşətlisi isə odur ki, bir çox icra başçıları rəhbərlik etdikləri rayonda korrupsiya şəbəkəsi formalaşdırıblar. Bir çox cinayətlərə qol qoymaqla, Dövlət əmlakını talamaqla məşğul olurlar. Bunları kim, harda tapıb gətirir və təqdim edir Cənab Prezidentə? Kimdir bunların himayədarları?
"Qanunyolu.info.az", "Reportyor.Tv"-yə istinadən xəbər verir ki, bu cür icra başçılarından biri də Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevdir. Asif Ağayevdə yuxarıda sadalanan hallara və Prezidentin tapşırıqlarına məhəl qoymayıb, başçılıq etdiyi Beyləqan rayonunu korrupsiya, rüşvətxorluq yuvasına çevirib. Qəbula gələn vətəndaşları, şəhid ailələrini, Qarabağ qazilərini və əlillərini, bir sözlə desək hər kəsi ölkə başçısından narazı salır və Cənab Prezident İlham Əliyevə qarşı qaldırır.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev Qarabağ qazisinin torpağını əlindən aldı-VİDEO



















Bu günlərdə saytımıza Beyləqan rayon 1-ci Şahsevən kənd sakini Aprel döyüşlərinin qəhrəmanı –“Lələtəpə Əməliyyatı”nın iştirakıçısı, Prezident tərəfindən “İgidliyə görə” medalla təltif edilmiş, ehtiyyatda olan kəşfiyyatçı, Lələtəpəyə ilk Azərbaycan bayrağını sancan 18 nəfərdən biri, iki qat dünya, bir qat avropa çempionu Elməddin Rüstəmov tərəfindən video müraciət daxil olub. Qazimiz Elməddin.R deyir ki; ailəsi 9 nəfərdən ibarətdir. Ailəsində ankoloji xəstə də var. Özü isə ailədə 3-cü əlildir.O, ona verilən təqaüdlə, ailənin gəliriylə evdə olan xəstəsini müalicə etdirə bilməyəcəyini deyir. Bununla bağlı o, Beyləqan rayon icra başçısı Asif Ağayevin müraciət etmiş və onun qəbulun da olmuşdur. İcra başçısı Asif Ağayev isə ona müraciətilə bağlı əkin üçün torpaq sahəsi verməyini vəd etmişdir. Daha sonra İcra başçısı Elməddin Rüstəmova 18 ha torpaq sahəsi verib. Qazimiz ona verilən torpaq sahəsində işə başlamazdan əvvəl yenidən icra başçısı Asif Ağayevin qapısını döyərək, qəbulunda olub. Məqsədi də o olub ki, ona verilən torpaq sahəsinin həqiqətəndə ona məxsus olmasına əmin olsun. İcra başçısı da Elməddini tam arxayın salıb ki, narahat olmasın, gedib işlərini görsün, dolansın. Hətta ona köməklik edəcəyinidə deyib. Elməddin Rüstəmov deyir ki, torpağı şümlatmaq və əkinə yararlı vəziyyətə gətirmək üçün dövlətin ona verdiyi təqaüdlə həmin sahəni şümladıb. Əkin başa çatdıqdan bir gün sonra Elməddin Rüstəmovu Beyləqan rayon 1-ci Şahsevən kənd Bələdiyyəsinin sədri yanına çağıraraq icra başçısının göstərişi ilə torpaq sahəsini əlindən alıblar.
Bəs haqq-ədalət, Prezidentin verdiyi tapşırıqlar ...???
P.S. Sonda qazimiz Elməddin Rüstəmovun video müraciətini sizlərə təqdim edirik.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter