Metro nə vaxt açıla bilər?
- 01.05.2020, 23:39,
- Gündəm / Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ötən il olduğu kimi fikirləşə bilmərik ki, rayonlara səyahət edəcəyik, qohumlarımıza baş çəkəcəyik”.
"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, turizm və otelçiliklə bağlı qaydalar hazırlanır, təsdiqləndikdən sonra yayımlanacaq: “İctimai nəqliyyat - metro, marşrut və taksilərdə davranış qaydaları tətbiq olunacaq. Növbəti bir il həyatımız pandemiyadan əvvəlki kimi olmayacaq”.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, Bakı Metropoliteninin açılması müzakirə olunur: “Ola bilər növbəti həftələrdə qərar olsun. Qərar verilən kimi ictimaiyyətə açıqlanacaq”.