Koronavirusdan vəfat edənlər dövlət hesabına dəfn edilir
- 15.04.2020, 22:58,
- Gündəm
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda koronavirusdan vəfat edən şəxslər dövlət hesabına dəfn edilir"."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Qurum rəsmisi bildirib ki, bu prosesdə bütün xərcləri dövlət öz üzərinə götürür.
Karantin müddətində xəstəxana və digər tibb müəssisələrində hər hansısa xəstəlikdən vəfat edən şəxslərin ailələrinə çatdırılması prosesinə gəlincə isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu prosesdə cənazənin götürülməsi və dəfn edilməsi üçün ailə üzvlərinə şərait yaradılır:
"Tibb müəssislərində vəfat edənlərin ailəsinə yardım edilir. Onun dəfni ilə bağlı, dəfndə iştirak təmin edilir".
Qeyd edək ki, indiyədək Azərbaycanda 13 nəfər Covid-19-dan dünyasını dəyişib.