UŞAQLARIN "ŞƏHRİZAD" DÜNYASI

UŞAQLARIN "ŞƏHRİZAD" DÜNYASI

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir.”
Heydər Əliyev


"Dünyanı verək uşaqlara,
Heç olmasa bircə anlığa"
-
gözəl deyimdi, deyilmi!?

Bəli, hörmətli oxucularımız bu gün dünyanı uşaqlara verən, uşaq dünyasına rəng qatan bir ünvandan Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Şəhrizad" uşaq bağçasından söhbət açmaq istəyirəm.
UŞAQLARIN "ŞƏHRİZAD" DÜNYASI

Bağçanın müdiri gənc və olduqca qayğıkeş və Vətənpərvər insan Püstəxanım Tağızadə də, elə biz də düşünürük ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı göstərilir, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı  uşaqlar dövlətin gələcəyi, dayağıdır!!!
UŞAQLARIN "ŞƏHRİZAD" DÜNYASI

 Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir” - müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi.

Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir.
UŞAQLARIN "ŞƏHRİZAD" DÜNYASI

Bu gün ölkəmizdə kifayət qədər uşaq müəssisələri olduğu halda, niyə "Şəhrizad" dan söhbət açdıq? Çünki "Şəhrizad" Uşaq Bağçasında fərqli, valideynlər üçün sərfəli rejim qaydaları var. Burada həftənin 6 günü, hətta gecələr belə valideynlər öz uşaqlarını bu qayğıkeş, öz işlərinin öhdəsindən layiqincə gələn, uşaqlara öz doğmaları kimi baxan, sevən kollektivə, mehriban tərbiyəçilərə etibar edə bilərlər.

Onu da deyim ki, bağçada uşaqlar gündə 5 dəfə sağlam qidalanır, bağçanın geniş həyətində təmiz hava alır, bununla yanaşı oyun meydançaları və attraksionlar da onların ixtiyarına verilir. Həftəsonu gəzintilər və müxtəlif əyləncələr də "Şəhrizad" ın "menyu" sundadır.
UŞAQLARIN "ŞƏHRİZAD" DÜNYASI

P.S. Məndə sonda "Qanunyolutv.az" informasiya agentliyinin rəhbəri olaraq kollektivimiz adından "Şəhrizad" uşaq bağçasının müdiri hörmətli, valideynlərin rəğbətini və sevgisini qazanmış, öz peşəsini sevən, Vətənpərvər Püstəxanım Tağızadəyə və onun rəhbərlik etdiyi peşəkar kollektivə işlərində daima uğurlar, yeni-yeni müvəffəqiyyətlər, eləcədə valideynlərin sevgisini qazanmağı arzulayıram.

"Qanunyolutv.az" Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter