Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

Həkim-infeksionist Dr. Günel xanım Babayeva

"Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir".
İlham Əliyev


Hörmətli oxucularımız dünyada və ölkəmizdə insanların sağlamlığını cənginə alıb tüğyan edən COVİD-19 koronovirus xəstəliyi bu yaxınlarda mənidə yaxaladı. Müalicə alıb, bu ağır xəstəlikdən qurtulmaq üçün məni Modul Tipli xəstəxanasına yerləşdirildim. Mən bu klinikada müalicə aldığım müddətdə həqiqətən də həkimlərin, tibb bacılarının xəstələrə necə vicdanla xidmət etdiklərini, onların qayğısına qalmaqlarının canlı şahidi oldum.
Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

Həkim Dr. Günel xanımla birlikdə
Xəstəxanada xəstələrə qarşı tibbi xidmətlər yüksək səviyyədə aparılırdı. Xəstələrə hər gün 3 dəfə yemək verilirdi. Yeməklər də ürək açan, könül oxşayan, dadlı və ləziz idi. Klinikada çalışan hər bir tibb bacıları, həkimlər, xadimələr öz işlərini təmiz, sevə-sevə görür və burada müalicə alan hər bir xəstəynən çox səmimi, mehriban rəftar edərək xəstələrə layiqli xidmət göstərirdilər. Belə tibb bacılarından Təranə xanım, Kəmalə xanım, Arzu xanım, həkim aneztizioloq, reanimataloq Aynur Məmmədova da var idi. Adını çəkdiyim bu xanımlar da yorulmadan gecə-gündüz iş başında xəstələrə xidmət edirdilər. Xəstəxanada çalışan Günel xanım Babayeva da işini bilən, mehriban, xəstələrin sevgisini qazanan, onların problemlərilə maraqlanan həkimlərdən biridir. Günel xanım hər səhər xəstələri yoxlayır, onların səhhətilə maraqlanırdı.
Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

Hörmətli oxucular nəzərinizə çatdırmaq istəyirəm ki, Günel Babayeva 1979-cu ildə 17 apreldə Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1997-ci ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 11-ci sinfini fərqlənmə diplomu ilə bitirmişdir.

1998-ci ildə Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2003-cü ildə ATU-ni "Tibbi-profilaktika işi" ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 14 iyun 2003-cü il tarixli qərarı ilə Günel xanıma "Həkim" ixtisası verilmişdir. 2004-cü ildə Bakı şəhəri 1 saylı Şəhər Klinik Xəstəxanasında "Yoluxucu xəstəliklər" şöbəsində "Həkim-infeksionist" kimi əmək fəaliyyətinə başlamışdır.
Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

2005 - 2006-cı illərdə Bakı şəhəri 2 saylı Tibb Texnikumunda mühazirəçi-müəllim kimi fəaliyyət göstərmişdir. Müxtəlif elmi seminar və konfranslarda məruzələrlə iştirak etmiş və müvafiq sertifikatlara layiq görülmüşdür. Günel xanım Tibb üzrə müxtəlif səpkili elmi əsərlərində mütəmadi olaraq, elmi məqalələrlə çıxış etmişdir.

Onu da qeyd edim ki, Dr. Günel xanım Babayeva 2019-cu ildə "İlin Həkimi" , "İlin Mütəxəsisi" milli mükafatına layiq görülmüşdür.
Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

P.S. Sonda məndə"Qanunyolu.info.az" xəbər portalının kollektivi adından Modul Tipli xəstəxananın baş həkimi Mecidov Hüseynə, direktor Könül Ələkbərova, şöbə müdiri Babayeva Gülya xanıma, baş həkimin müavini İbrahimova Məhəbbət xanıma, Babayeva Günel xanıma, Məmmədova Aynur xanıma və bütün tibb sahəsində gecə-gündüz bu ağır, çətin dönəmdə çalışan, tutduqları vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə təşəkkür edir, onlara işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Xəstələrin qayğısına qalan, öz peşəsini sevən Azərbaycan həkimi

#BizBirlikdəGüclüyük!

"Qanunyolu.info.az"- Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter