"Qanunyolu.info.az" kollektivi baş redaktoru təbrik etdilər
- 06.07.2021, 02:00,
- Gündəm / Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 312
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli Arif müəllimi doğum günün münasibətilə həyat yoldaşı Gülbəniz xanım, qızı Aytən, qardaşı Məhəmməd, Akif, bacıları, kürəkəni Mayılxan, Əhliman və Ramiz səmimi qəlbdən təbrik edir. Sizə həyatda ən şirin nemət olan möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti, işlərinizdə uğurlar arzulayırlar.
Bu təbrikə həmkarları Gəray müəllim, Məhəbbət və İradə xanım, Zeynəb xanım, Fatimə xanım, Jalə və Dəniz xanım, Maqsud müəllim, dostları Şamil, Fərid, Çingiz, Əyyam, Hacı Rauf, Elmar müəllim, Safurə xanım, Almaz xanım, Nigar xanım və xüsusilədə Türkan xanım da qoşularaq Arif müəllimi ürəkdən təbrik edib, ona həyatda sevinc dolu günlər, xoş və firavan ömür arzulayırlar. Arif müəllim günəş təkdir, ona bənzəməyin. Məhəbbətiniz torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görməyin, həmişə sevinc, səadət içində olun deyirlər.
Arzu edirik ki, Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Gözlərinizdə daima sevinc qığılcımları parlasın. Sevinc başınızın tacı, kədər isə ayağınızın tozu olsun. Bu arzular, sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız!“Qanunyolu.info.az” xəbər portalının kollektivi adından Arif müəllim sizə dünyanın ən şirin nemətlərini arzulayırıq. Neçə yaşınız olursa olsun hər şeyin gözəli sizinlə olsun. Yeni yaşınızda hər ötən gün daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun. Bir yaşda qocalsanızda həmişə olduğunuz kimi sevgi dolu və şən qalasınız.
Bu yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayasınız, uğur həmişə sizinlə olsun, həmişə belə gülərüz, səmimi və şux qalasınız. Yeni yaşınızda sizə sevdiklərinizlə bərabər sevgi və sevinc dolu bir ömür diləyir, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Qələminiz həmişə iti, sözünüz keçərli olsun!AD GÜNÜNÜZ MÜBARƏK OLSUN!Dərin hörmətlə: "Qanunyolu.info.az" xəbər portalının kollektivi

Şərh yaz