"Qanunyolu.info.az" xalqımızı təbrik edir!
- 28.05.2021, 00:30,
- Gündəm / Siyasət / Sosial / Xəbər
Baxılıb: 316
Facebook
Вконтакте
Одноклассники
Google+
28 may Azərbaycanın müasir tarix təqvimində ən mühüm gündür. Bu tarix azadlığın, müstəqilliyin qazanıldığı, səsimizin dünyaya ilk dəfə çatdırıldığı gündür. 28 may tək Azərbaycan üçün deyil, bütünlüklə müsəlman Şərqinin tarixində ilk respublikanın qurulduğu tarixdir. Azərbaycanın müstəqilik qazanması qürur duyacaq hadisə olmaqla yanaşı, kəşməkəşli yol keçib.
Heydər ƏliyevMüsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.Tariximizin ən şanlı səhifələrindən biri də 1918-ci il 28 maydır. 28 May – Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.
Hər il Azərbaycan xalqı 28 May tarixini böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
"Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər" deyən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ənənələrini yaşadaraq, müstəqil Azərbaycan dövlətinin azadlığını əbədi edib.
Ötən il xalqımız Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyini qeyd edib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Dövlətimizin başçısının Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunub.
"Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından bu əlamətdar tarixi gün münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.
Qoy çətinliklərlə əldə edilən müstəqilliyimiz əbədi olsun!
Respublika Gününüz mübarək!
