Mayk Pens xanımı ilə birlikdə peyvənd olundu - Video
- 18.12.2020, 22:45,
- Dünya / Xəbər
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın vitse-prezidenti Mayk Penslə həyat yoldaşı Karen Pens, eləcə də hərbi tibb xidmətinin rəhbəri, vitse-admiral Cerom Adams media nümayəndələrinin iştirakı ilə koronavirusa qarşı peyvənd etdiriblər."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, peyvənd olunma prosesi Ağ Evin saytında canlı yayımlanıb.
“Bu gün biz Karenlə birlikdə Amerika xalqını peyvəndin keyfiyyətinə inandırmaq üçün vaksin etdirmək qərarına gəldik”, - deyə Pens bildirib.
Qeyd edək ki, ABŞ-da koronavirus əleyhinə Pfizer və BioNTech şirkətləri tərəfindən hazırlanan peyvəndin vurulmasına bazar ertəsindən başlanılıb. ABŞ-ın səhiyyə naziri Aleks Azar ay sonunadək 20 milyon, yanvarın sonunadək 50, fevralda isə 100 milyon amerikalının peyvənd olunacağına ümid etdiyini bildirib.