Türkiyədə xəstəxanada baş verən partlayışda ölənlərin sayı artdı - Yenilənib

  • 20.12.2020, 00:09,
  • Dünya
  • Baxılıb: 38
Türkiyədə xəstəxanada baş verən partlayışda ölənlərin sayı artdı - Yenilənib

Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında oksigen balonunun partlaması nəticəsində ölənlərin sayı doqquza çatıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.
****

Hadisə zamanı ölən xəstələrin sayı 10-a çatıb. Bu barədə Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin xəstə köçülüdüyü xəstəxanada dünyasını dəyişib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter