Zəlzələdə ölənlərin sayı 114-ə çatdı - Yenilənib

  • 04.11.2020, 09:30,
  • Dünya
  • Baxılıb: 11
Zəlzələdə ölənlərin sayı 114-ə çatdı - Yenilənib

30 oktyabrda Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 1 035 nəfər xəsarət alıb. Onlardan 898-i xəstəxanadan evə buraxılıb, 137 nəfərin müalicəsi davam etdirilir.
****

Son məlumata görə, zəlzələ qurbanlarının sayı 114-ə yüksəlib. 137 nəfər xəstəxanada müalicə alır.

17 binadan 15-ində axtarış-xilasetmə işləri yekunlaşıb, 2-ində isə davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter