Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açdı
- 01.12.2020, 09:50,
- Dünya
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanı İsrail hava yollarına məxsus təyyarələrin hava sahəsindən istifadə etməsinə icazə verib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, rəsmi icazədən sonra İsraildən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən uçuşların sürəti qısalıb, Təl- Əviv ilə Dubay arasında planlanan relsin qarşısında maneə qalmayıb.
“Səudiyyəlilər uzun və gərgin vaxtların ardından planlaşdırılan ilk uçuşu təsdiqlədilər. Bundan məmnunam. Bütün sərnişinlərə etibarlı bir səyahət və dönüş diləyirəm ”,- deyə İsrail nəqliyyat naziri Miri Regev qeyd edib.
Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı BƏƏ-dən gələn və yola düşən təyyarələr üçün hava məkanı üzərindən bütün xarici mülki uçuşların həyata keçirilməsinə icazə verəcəyini açıqlamışdı.
Açıqlamada İsrailin konkret qeyd edilməməsi aviasiya rəsmilərinin narahatlığına səbəb olmuşdu.