Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib
- 20.07.2020, 13:05,
- Dünya
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud xəstəxanaya yerləşdirilib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Salman ben Adbel Əziz əl-Səud xəstəxanaya yerləşdirilərək lazımi müayinələr edildikdən sonra öd kisəsində iltihab diaqnozu qoyulub.
Yaranmış vəziyyət səbəbiylə, İraqın Baş naziri Mustafa əl-Kazıminin Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb.
Qeyd edək ki, daha əvvəl yayılan şayiələrdə kral Salmanın koronavirus səbəbiylə xəstəxanaya yerləşdirildiyi iddia edilirdi.