İsrail və BƏƏ vizasız rejim haqqında saziş imzalayacaq

  • 20.10.2020, 06:35,
  • Siyasət
  • Baxılıb: 13
İsrail və BƏƏ vizasız rejim haqqında saziş imzalayacaq

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oktyabrın 20-də vizasız rejim haqqında saziş imzalayacaqlar. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “The Jerusalem Post” qəzeti yəhudi dövlətinin administrasiyasındakı mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, sənəd BƏƏ-nin Maliyyə və İqtisadiyyat nazirlərinin İsrailə səfəri çərçivəsində imzalanacaq. Sazişin iki ölkə arasında imzalanacaq ilk belə sənəd olacağı qeyd edilir.

Xatırladaq ki, sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin normallaşdırılması haqqında saziş imzalanmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter