Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

  • 26.11.2020, 16:10,
  • Dünya
  • Baxılıb: 35
Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa parlamentinin yuxarı palatasının (Senat) qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı qətnaməsinə münasibət bildirib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Hulusi Akar açıqlamasında Fransanı qərəzli mövqe göstərdiyinə görə qınayıb.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəfsiz olmalıdır. Bu qərar bir daha göstərdi ki, Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçasıdır”, - deyə Akar qeyd edib.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə qəbul edilib. Qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter