İzmirdə ölənlərin sayı 98-ə çatdı - Yenilənib

  • 03.11.2020, 04:20,
  • Dünya
  • Baxılıb: 25
İzmirdə ölənlərin sayı 98-ə çatdı - Yenilənib

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb. Onlardan 743-ü xəstəxanadan evə buraxılıb, 219-nun müalicəsi davam etdirilir.

“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, - deyə nazirlikdən bildirilib.
****

Zəlzələ qurbanlarının sayı 85-ə çatıb.

8 yaşayış binasının dağıntıları altında axtarış-xilasetmə işləri aparılır.
****

Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində 91 nəfər həlak olub.

994 nəfər xəsarət alıb. Onlardan 839-u xəstəxanadan evə buraxılıb, 155-nin müalicəsi davam etdirilir.
****

Zəlzələdə ölənlərin sayı 92-yə çatıb. 5 binanın dağıntıları arasında axtarış-xilasetmə işləri davam etdirilir.
****

Zəlzələ qurbanlarının sayı daha 3 nəfər artaraq 95 olub.
****

Zəlzələdə ölənlərin sayı 98-ə çatıb. Xəsarət alan 994 nəfərdən 847-si xəstəxanalardan evə buraxılıb, 147 nəfərin müalicəsi davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter