Azərbaycanla Pakistan birbaşa aviareyslərə başlayacaq

  • 03.11.2020, 15:10,
  • Dünya
  • Baxılıb: 30
Azərbaycanla Pakistan birbaşa aviareyslərə başlayacaq

Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcək.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz tvitter hesabında məlumat verib.

“Pakistan və Azərbaycan arasında birbaşa uçuşlara başlamaq perspektivlərini müzakirə etmək üçün AZAL prezidenti cənab Cahangir Əsgərovla faydalı bir görüş keçirdik. Koronavirusla bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağını bölüşməkdən məmnun olacağam”,- deyə səfir qeyd edib.
****

AZAL-dan bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.

Səfir Cahangir Əsgərova bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq.

2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter