Kanadada silahlı hücumda ölənlərin sayı 19 oldu - Yenilənib

  • 20.04.2020, 21:12,
  • Dünya
  • Baxılıb: 10
Kanadada silahlı hücumda ölənlərin sayı 19 oldu - Yenilənib












Kanadanın Yeni Şotlandiya əyalətində bir nəfərin həyata keçirdiyi silahlı hücum nəticəsində 16 nəfər həlak olub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Kanada Kral Süvari Polisinin komissarı Brenda Laki açıqlama verib. Qeyd olunub ki, silahlı atışmanı təşkil edən 51 yaşlı Qabriel Uortman zərərsizləşdirilib.

İnsidentin terror hadisəsi olmadığını bildirən Laki atışmanın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin və istintaqın davam etdiyini, ölənlərin sayının isə daha da arta biləcəyini bildirib.
***
Silahlı insident nəticəsində ölənlərin sayı artaraq 19 nəfərə çatıb. 51 yaşlı Qabriel Uortmanın diş texniki olduğu məlum olub. O, öldürdüyü şəxslərin bir neçəsi ilə tanış imiş.

Qeyd edək ki, hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirməyiblər. Onlar silahlı insidenti törədən şəxsi 12 saat sonra tuta biliblər. Uortman Enfild şəhərində ələ keçirilib. Hadisənin səbəbləri hələ də araşdırılır.

Baş vermiş silahlı hadisə Kanadanın yeni tarixində ən kütləvi qətl kimi dəyərləndirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter