Əfqanıstanda polis məntəqəsinə hücum - 20 ölü
- 23.10.2020, 14:10,
- Dünya
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstanda “Taliban” yaraqlıları tərəfindən hərbi posta hücum nəticəsində 20 təhlükəsizlik işçisi öldürülüb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Həşrud qəzasının qubernatoru Cəlil Vatandost mətbuata açıqlamasında silahlıların Həşrudun Dəhməzəng bölgəsindəki polis məntəqəsinə silahlı hücum təşkil etdiyini bildirib.
Hücumda 20 təhlükəsizlik işçisinin həyatını itirdiyini bildirən Vatandost 6 əsgərin əsir götürüldüyünü qeyd edib.
“Taliban” məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.
Digər tərəfdən, Əfqanıstan Müdafiə Nazirliyi silahlıların son 24 saatda 24 vilayətə hücumlar təşkil etdiyini açıqlayıb.