Tramp Makronla bağlı səhvə yol verdi
- 18.10.2020, 09:30,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında tədbirdə çıxışı zamanı fransız həmkarı Emmanuel Makronla bağlı səhvə yol verib."Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, o, Makronu Fransanın Baş Naziri kimi təqdim edib.
“Baş Nazir Makronu həqiqətən sevirəm, amma bir dəfə ondan vəziyyətin necə olduğunu, razılaşmanın nə yerdə qaldığını soruşdum. “Razılaşma o qədər də yaxşı deyil”,- söylədi”, - deyə Tramp Paris İqlim Razılaşmasından bəhs edərkən bildirib.
Qeyd edək ki, hazırda Fransanın Baş Naziri vəzifəsini Jan Kasteks icra edir.
Xatırladaq ki, ABŞ 2017-ci ilin avqust ayında Paris İqlim Sazişindən çıxıb. Müqavilə 2015-ci ildə imzalanıb və inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün 100 milyard dollar ayrılmasını nəzərdə tutur. Müqavilə qlobal orta temperatur artımını ehtiva etmək üçün istixana tullantılarının azaldılmasını təmin edir.