“Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağla bağlı bir sıra təşəbbüslər irəli sürəcək”
- 02.10.2020, 05:30,
- Dünya / Xəbər
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya, ABŞ və Fransa yaxın zamanlarda Dağlıq Qarabağda münaqişənin dayandırılması üçün bir sıra təşəbbüslər irəli sürəcəklər. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında bildirib.
“Rusiya, ABŞ və Fransa, ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, ən yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün bir sıra təşəbbüslər irəli sürəcəklər”, - o deyib.