Slovakiyada koronavirusa qarşı tədbirlər sərtləşdirildi
- 12.10.2020, 05:35,
- Dünya
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Slovakiya hakimiyyəti yeni növ koronavirusun yayılma templərinin sürətlənməsi səbəbindən respublikada sosial məhdudiyyətləri əhəmiyyətli dərəcədə sərtləşdirib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.Bazar ertəsindən ölkənin orta məktəbləri distant təlim rejiminə keçirilib, oktyabrın 15-dən isə Slovakiyada istənilən ictimai tədbirlərin keçirilməsi qadağan olunur. İstisna azarkeşlər olmadan keçiriləcək peşəkar idman yarışları üçün edilir.
Hakimiyyət orqanlarının sərəncamına əsasən, vəftiz, cənazə və toy iştirakçılarının sayı qapalı məkanlarda hər 15 kvadrat metrə bir nəfər olmaqla müəyyən edilməlidir. Açıq havada keçirilən mərasimlərdə iştirak edənlər bir-birindən iki metr aralıda durmalıdır. Altı nəfərdən artıq vətəndaşın iştirakı ilə digər toplantılar qadağandır.
Slovakiyada yalnız qapalı məkanlarda deyil, həm də açıq havada tibbi maska taxmaq məcburiyyəti tətbiq edilir. Yaşayış məntəqələrindən kənarda, əgər insan təkdirsə və ya birlikdə yaşadığı ailə üzvləri ilədirsə, maskanı çıxara bilər.
Restoranlar, kafelər və s. ziyarətçilərə yalnız açıq havada - yay eyvanlarında, terraslarda və s. xidmət göstərə bilər. Belə bir imkan olmadıqda, yemək və içkilərin yalnız satışı nəzərdə tutulur. Mağazalar 09:00-dan 11:00-dək yalnız 65 yaşdan yuxarı alıcılara xidmət göstərəcək. Slovakiyada fitnes mərkəzləri, saunalar, hovuzlar, çimərliklər və akvaparklar bağlanır.
