Can Dündarın əmlakı müsadirə olunacaq

  • 07.10.2020, 16:50,
  • Dünya
  • Baxılıb: 12
Can Dündarın əmlakı müsadirə olunacaq

Türkiyəli jurnalist Can Dündarın daşınar və daşınmaz əmlakının müsadirə edilməsi və bütün bank hesablarına həbs qoyulmasına qərar verilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, müvafiq qərar İstanbul 14-cü Ağır Cəza Məhkəməsi tərəfindən verilib.

Qeyd edək ki, o, “Cümhuriyyət” qəzetinin baş redaktoru olduğu müddətdə MİT yük maşınlarının dayandırılması ilə bağlı məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi.

Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter