Camal Kaşıkçı cinayəti ilə bağlı qərar verildi

Camal Kaşıkçı cinayəti ilə bağlı qərar verildi

Səudiyyə Ərəbistanı məhkəməsi jurnalist Camal Kaşıkçının qətli ilə bağlı son qərarını açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, jurnalistin öldürülməsində ittiham olunan 5 nəfərin hər birinə 20 il, 3 nəfərə isə 7-10 il həbs cəzası verilib.

Xatırladaq ki, nikah işləri üçün 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna gedən Kaşıkçıdan daha sonra heç bir xəbər alınmamışdı. Cinayətdən keçən müddət ərzində jurnalistin nə zaman, harada və necə öldürüldüyünə dair məlumatlar yayılsa da, mərhumun cəsədi tapılmamışdı. Amerika mətbuatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Kaşıkçı cinayətinin Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Muhammed Bin Salman tərəfindən sifariş olunduğu qənaətinə gəldiyini yazmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter