Ərdoğan Merkellə videokonfransda Ermənistanın təxribatından danışdı

  • 06.10.2020, 16:15,
  • Dünya
  • Baxılıb: 17
Ərdoğan Merkellə videokonfransda Ermənistanın təxribatından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş baş tutub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, Şərqi Aralıq dənizi, Liviyadakı son vəziyyət və Ermənistanın Azərbaycana qarşı təxribatı müzakirə edilib.

Ərdoğan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ilə bağlı problemi qalıcı bir şəkildə həll etməsi üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməli olduğunu bildirib.

“BMT qətnamələri yerinə yetirilməli və beynəlxalq hüququn tələblərinə əməl edilməlidir”,- deyə Türkiyə Prezidenti qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter