Ərdoğan İsveçdən atası üçün kömək istəyən qızla danışdı

  • 27.04.2020, 00:06,
  • Dünya
  • Baxılıb: 24
Ərdoğan İsveçdən atası üçün kömək istəyən qızla danışdı












Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilən koronavirus xəstəsi Emrullah Gülüşkenin qızı Leyla ilə ilə telefonda danışıb.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan Tvitter səhifəsində paylaşım edib. Prezident koronavirus testi pozitiv çıxan, ancaq heç bir xəstəxanaya qəbul olunmayan və dərhal ölkəsinə gətirilən Türkiyə vətəndaşı Emrullah Gülüşkenin səhhəti ilə yaxından maraqlanacağını bildirib.

“Bu dövlət millətinin Məcnunudur. Sevdiyi qürbətdə olsa da, onu əsla tək qoymaz”, - deyə Ərdoğan bildirib.

Leyla Gülüşken də Tvitter səhifəsində Ərdoğana təşəkkürünü bildirib: “Hər zaman mənim qəhrəmanım oldunuz. Rəbbim sizi başımızdan əksik etməsin, cənab Prezidentim”.

Qeyd edək ki, 47 yaşlı Emrullah Gülüşkenin İsveçdə heç bir xəstəxana tərəfindən qəbul olunmadığı ilə bağlı sosial şəbəkədə qızları Samirə və Leyla Gülüşken çağırış edərək Türkiyədən yardım istəmişdilər. Rəcəb Tayyib Ərdoğan və Səhiyyə naziri Fəxrəddin Qoca dərhal hərəkətə keçərək Emrullah Gülüşkenin Türkiyəyə gətirilməsinə təlimat vermişdi.
Ərdoğan İsveçdən atası üçün kömək istəyən qızla danışdı
Ərdoğan İsveçdən atası üçün kömək istəyən qızla danışdı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter