Altı ay sonra Məkkəyə ümrə ziyarətləri başladı - Fotolar
- 04.10.2020, 10:35,
- Dünya / Xəbər
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirus tədbirləri çərçivəsində 6 ay müddətinə dayandırılan ümrə ziyarətləri yenidən başlayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Məkkənin Məscidül-Həram və Mədinənin Məscidül-Nəbi (Hərəmeyn) rəhbərliyinin “Tvitter” hesabında yayılan açıqlamada ümrə ziyarətçilərinin koronavirus təbdirləri altında gəldikləri bildirilib.
Mövzu ilə bağlı ətraflı məlumat verilməyən açıqlamada ziyarətçilərin Kəbənin təvaf bölgəsinə girişini göstərən fotoşəkillər paylaşılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin alınacağını açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi.