Ermənistan siyasi-iqtisadi böhranın astanasında...

  • 02.10.2020, 15:30,
  • Dünya
  • Baxılıb: 10
Ermənistan siyasi-iqtisadi böhranın astanasında...

Rəsmi Ankaraya Ermənistandakı proseslərlə əlaqədar son vəziyyətin qiymətləndirməsinə dair hesabat göndərilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin mənbələrinə istinadən verdiyi məlumata görə, hesabatda Ermənistan Baş Naziri Nikol Paşinyanın ölkədəki etibarını itirdiyi, Ermənistan rəhbərliyinin ciddi siyasi-iqtisadi problemlər yaşamağa başladığı vurğulanıb.

Bildirilib ki, Azərbaycan ordusunun irəliləməsi Ermənistanda ictimaiyyətin inamını sarsıdıb. Küncə qısılan Paşinyan yerli ictimaiyyətə “Türklər bizi 100 il əvvəl qırdılar. İndi də qırmaq istəyirlər” təxribat xarakterli təbliğatına başlasa da ölkədə heç kim onu ciddiyə almır. Paşinyanın xarici aləmdən gözlədiyi dəstəyi ala bilməməsi isə İrəvanda şok yaradıb. Siyasi və iqtisadi baxımdan dalana girən Paşinyan son çıxış yolu kimi Azərbaycanı hədəf almağa başlayıb.

Rusiyanın qarşıdurmalardan 4 gün sonra addım atmaq səyləri də diqqət çəkir. Rusiya da Paşinyana müsbət baxmır. Bununla yanaşı Paşinyanın həbsə atdığı və sonradan girov müqabilində sərbəst buraxdığı keçmiş Prezident Robert Köçəryana Moskvanın ad günü mesajı göndərməsi rəsmi İrəvanda ciddi narahatlığa səbəb olub.

Ermənistan rəhbərliyinin tərəfindən türk mallarına boykot elan edilməsi isə ölkədə irili-xırdalı təxminən 60 min sahibkarın etirazına səbəb olub. Sahibkarlar türk mallarının boykot edilməsinin iqtisadiyyata ciddi zərbə vuracağından narahatdır. Mövzu ilə əlaqədar açıqlama verən Ermənistan Ticarət Palatasının prezidenti Vagram Mirakyan, türk mallarını boykot etmək fikrinin bir gecədə həyata keçirilə bilməyəcəyini bildirib.

“Ölkəmizdə 80 min özəl sahibkar var. Bunlardan 60 mini Türkiyə istehsalı xammalı və hazır məhsullarını idxal edir. Bir gecədə bütün türk mallarını boykot etsək, sözügedən 60 min sahibkar işsiz qalacaq”,-deyə Mirakyan qeyd edib.

Həmçinin hesabatda Ermənistan rəhbərliyinin terror təşkilatı PKK ilə əlaqələrinin son illərdə daha da artdığı bildirilib. Ermənistan rəhbərliyinin görüşdüyü və Dağlıq Qarabağa gətirilən PKK liderləri ayrı-ayrılıqda müəyyənləşdirilərək hesabatda qeyd olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter