Əliyev Peterburqda Paşinyanla görüşməyəcək

  • 20.12.2019, 20:45,
  • Siyasət
  • Baxılıb: 47
Əliyev Peterburqda Paşinyanla görüşməyəcək












Dekabrın 20-də Sankt- Peterburqda keçiriləcək Avrasiya İttifaqı İqtisadi Şurasının iclası və MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında görüş planlaşdırılmır.
"Qanunyolu.info.az",“Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Radio Azatutyun”a Ermənistan Baş Nazirinin Mətbuat katibi Vladimir Karapetyan bildirib.
Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyanın da iştirakı ilə rəsmi şam ziyafəti təşkil olunacaq.
Xatırladaq ki, Əliyevlə Paşinyan arasındakı sonuncu görüş bu ilin oktyabrında Aşqabadda MDB Dövlətləri Rəhbərləri Şurasının iclası çərçivəsində baş tutmuşdu. Ondan əvvəl rəsmi görüş isə martın 29-da Vyanada olmuşdu.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter