Suriyada rus və amerikalı hərbçilər arasında insident - Video

  • 27.08.2020, 14:20,
  • Dünya
  • Baxılıb: 19
Suriyada rus və amerikalı hərbçilər arasında insident - Video

Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbiçiləri arasında yaşanan və bir neçə amerikalı hərbçinin yaralanması ilə nəticələnən insidentin videosu yayılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, video “RusVesna” “Youtube” kanalına yerləşdirilib. Kadrlarda rus hərbi maşının koalisiyaya aid zirehli maşına çırpılması və daha sonra yaşanan gərgin anlar yer alıb. Hadisə nəticəsində koalisiya qüvvələrinə aid zirehli maşında bir neçə ekipaj üzvünün yaralandığı bildirilir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya konvoyunun keçməsi ilə əlaqədar beynəlxalq koalisiyaya qüvvələrinin əvvəlcədən xəbərdarlıq edildiyini, buna baxmayaraq ABŞ hərbçilərinin rus patrulunu bloklamağa çalışdığını bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter