Avstriya rus diplomatı ölkədən çıxarır
- 24.08.2020, 12:00,
- Siyasət
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstriya Xarici İşlər Nazirliyi ölkədən çıxarılacaq rusiyalı diplomatla bağlı açıqlama yayıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Klaudia Türçer bildirib ki, rus diplomatın hərəkətləri “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na ziddir.
“Rusiyalı bir diplomatın ölkədən çıxarılacağını təsdiqləyə bilərəm. Onun davranışı “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na ziddir”,- deyə o, qeyd edib.
“Kronen Zeitung” nəşrinin məlumatına görə, rusiyalı diplomat Avstriya vətəndaşı vasitəsi ilə ölkənin yüksək texnoloji müəssisələrindən birindən məlumat toplamaqda şübhəli bilinir. Avstriya vətəndaşı müəssisədəki casusluq fəaliyyəti barədə rəhbərliyi məlumatlandırıb və rus diplomatı özünün kuratoru adlandırıb.
Həmçinin bildirilir ki, rusiyalı diplomat ifadə verməkdən imtina edib.