Beyrut limanının baş direktorunun həbsinə order verildi
- 18.08.2020, 00:30,
- Dünya
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Hakim Beyrut limanında baş vermiş partlayışın araşdırılması çərçivəsində limanın baş direktoru Həsən Kreytemin həbsinə order verib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “LBC” telekanalı xəbər verib.Telekanalın məlumatına görə, bu iş üzrə məhkəmə müstəntiqi, hakim Fadi Savan Kreytemin 4 saata yaxın davam edən dindirilməsindən sonra onun həbs edilməsi barədə order verib.
Bundan əvvəl Savan Livan Gömrük Xidmətinin baş direktoru Badri Daherin həbsinə order vermişdi.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş partlayış nəticəsində 170-dən çox insan ölüb, yüzlərlə ev, avtomobil zərər çəkib və ya yararsız hala düşüb. Şəhərdə sentyabrın 18-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.