Beyrutdakı partlayışın ən kiçik qurbanı - Foto
- 10.08.2020, 14:50,
- Dünya
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Livan paytaxtı Beyrutda 158 nəfərin ölümü və 6000-dən çox insanın yaralanması ilə nəticələnən şiddətli partlayışın ən kiçik qurbanının 3 yaşlı Alexandra Naggear adlı bir qız olduğu məlum olub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ilk partlayış zamanı baş verənləri görmək üçün ailəsi ilə birlikdə pəncərədən çölə baxan Naggear, ikinci partlayış zamanı pəncərə şüşəsinin qırılması nəticəsində ağır yaralanıb. 3 gün xəstəxanada müalicə alan azyaşlı bütün səylərə baxmayaraq həyatını itirib.
Xatırladaq ki, avqustun 4-də Beyrut Limanında partlayıcı maddələrin yerləşdiyi 12 nömrəli anbarda meydana gələn yanğın bütün Beyrutu silkələyən şiddətli partlayışa yol açıb. Livan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, partlayış nəticəsində ölənlərin sayının 158-ə yüksəldiyi, yaralananların sayının 6 mini keçdiyi bildirilib. Beyrut qubernatoru Mərvan Abbud partlayışın vurduğu zərərin 15 milyard dolları ötə biləcəyini deyib.