Türkiyədə ağır koronaviruslu xəstələrin sayı artır
- 11.08.2020, 22:30,
- Dünya / Xəbər
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə son sutka ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişib. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 873 nəfərə çatıb."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Ölkədə 1 183 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 243 180 nəfərə çatıb. Daha 1 185 nəfər sağalıb. Sağalanların ümumi sayı 226 155 nəfər təşkil edir.
Statistik göstəriciləri açıqlayan nazir bildirib ki, son üç gündə xəstəxanaya yerləşdirilənlərin sayında 32% azalma qeydə alınıb. Lakin prosesin ən mühüm göstəricilərindən biri olan ağır xəstələrin sayının artması davam edir (hazırda bu rəqəm 617-dir - red.). Son üç gündə yoluxma halları daha çox İstanbul, Ankara, Konya, Diyarbəkir və Şanlıurfada qeydə alınıb.