Türkiyədə tədris ilinin vaxtı dəyişdi
- 03.07.2020, 19:45,
- Dünya
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə 2020-2021 tədris ili avqustun 31-dən başlayacaq."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi tərəfindən 81 əyalətə bildiriş göndərilib. 2020-ci il avqustun 31-də açılacaq məktəblər 18 iyun 2021-ci ildə bağlanacaq. Birinci yarımil tətili 16-20 noyabr 2020, ikinci yarımil tətili isə 25 yanvar-5 fevral 2021 tarixində olacaq. İkinci yarımildə qısamüddətli tətil isə 12-16 aprel 2021-ci ildə olacaq.
Bundan başqa, 2021-2022 tədris ili isə 6 sentyabr 2021-ci il, bazar ertəsi günü başlayacaq.