Bakıdakı Dünya Kubokunun vaxtı açıqlandı
- 04.06.2020, 20:00,
- İdman
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Gimnastika Federasiyası (FIG) COVID-19 pandemiyası səbəbindən təxirə salınmış bədii gimnastika üzrə Dünya Kuboklarının keçirilməsi üçün yeni tarixləri elan edib.Azərbaycan Gimnastika Federasiyasından (AGF) "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, 24-26 aprel tarixlərində Bakıda təşkil edilməli olan dünya kuboku növbəti ilin may ayında baş tutacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli kubok 2021-ci ilin 7-9 may tarixlərində elə eyni məkanda – Milli Gimnastika Arenasında keçiriləcək.
Olimpiadaya təsnifat xarakterli bədii gimnastika üzrə digər dünya kubokları gələn il 9-11 apreldə Sofiyada (Bolqarıstan), 16-18 apreldə Daşkənddə (Özbəkistan) və 11-13 iyunda Pesaroda (İtaliya) təşkil ediləcək.