Türkiyədə sel fəlakəti 6 nəfərin ölümünə səbəb oldu
- 22.06.2020, 14:50,
- Dünya
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin şimal-qərbindəki Bursa əyalətində leysan yağışları nəticəsində baş verən sel fəlakətində ən az 6 nəfər həlak olub."Qanunyolu.info.az", “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları açıqlama yayıb. Qeyd olunur ki, Bursa əyalətinin Kestel rayonunda baş verən sel nəticəsində bir fiziki məhdudiyyətli qadın, azyaşlı uşaq və bir ailənin dörd üzvü həlak olub. Xilasedicilər itkin düşən 1 nəfərin axtarışını davam etdirir.
Daşqın rayonun infrastrukturuna xeyli ziyan vurub, yollar ciddi zərər görüb. Türkiyə Daxili İşlər naziri Süleyman Soylu fəlakət bölgəsinə gələrək nəticələrin aradan qaldırılması üçün aparılan işlərə rəhbərlik edib.