Yaponiya koronavirusa qarşı dərmanı 43 ölkəyə pulsuz tədarük edəcək

  • 02.05.2020, 02:17,
  • Dünya
  • Baxılıb: 28
Yaponiya koronavirusa qarşı dərmanı 43 ölkəyə pulsuz tədarük edəcək












Yaponiya “Aviqan” adı altında satılan və koronavirusa qarşı müalicədə effektivliyi müşahidə olunan “Favipiravir” antiviral pereparatının 43 ölkəyə pulsuz çatdırılmasına başlayacaq.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi açıqlama verib: “Hər bir ölkənin xarici işlər nazirləri ilə telefon danışığı zamanı məlum oldu ki, Aviqana böyük maraq var. Aviqanın diplomatik kanallar vasitəsilə çatdırılması üçün 80-ə yaxın ölkədən müraciət almışıq. Bu günə qədər 43 ölkə ilə çatdırılma detalları barədə razılığa gəldik. Ancaq çatdırılmaya həftə sonundan bir müddət sonra başlaya biləcəyik. Kəmiyyətə gəlincə, klinik araşdırmalardan bəhs etdiyimiz üçün hər ölkəyə ən az 20 nəfər, ən çox 100 nəfərin müalicəsi üçün yetərli miqdarda pereparat göndəriləcək”.

Xatırladaq ki, bir müddət əvvəl Çin həkimləri COVID-19 xəstəliyinin müalicəsində “Aviqan” (“Favipiravir”) antiviral pereparatının effektivliyini müşahidə etdiklərini bildirmişdilər..
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter