Ermənistanda məmur oğlu karantində toy etdi, narazılıq yarandı - Video
- 08.06.2020, 15:25,
- Dünya
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyanın oğlunun fövqəladə vəziyyət dönəmində təmtəraqlı toy keçirməsi ölkə gündəmini zəbt edib.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, cütlüyün nikah mərasimi kilsədə baş tutub. Daha sonra isə onlar üçün Davtyanın malikanəsində ziyafət təşkil olunub və toyda 100-dən çox insan iştirak edib. Ermənistanda koronavirusun yayılması səbəbindən kütləvi tədbirlərin qadağan olunduğu bir vaxtda bu xəbər sosial şəbəkələrdə şiddətli reaksiyalara səbəb olub.
İddia olunub ki, Baş Nazirin müavini Tiqran Avinyan polis məmurlarının müşayiəti ilə toyda mərasimi dayandırmaq üçün məkana baş çəkib. Ancaq daha sonra bu məlumat təkzib edilib.
Baş Qərargah rəisi Artak Davtyan “hər kəsin məxfilik hüququna sahib olduğunu” bildirib və jurnalistləri ailəsinin “şəxsi həyatına qarışmamağa” çağırıb.