İranda koronavirusla bağlı son vəziyyət
- 08.06.2020, 21:35,
- Dünya
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
İranda son sutka ərzində daha 70 nəfər koronavirusun qurbanı olub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib. Onun sözlərinə görə, İranda koronavirus qurbanlarının sayı 8 351-ə yüksəlib.
Nazirlik nümayəndəsi qeyd edib ki, son sutka ərzində 2 043 nəfərdə koronavirus aşkarlanıb. Bununla da koronavirusa yoluxanların ümumi sayı 173 832-yə yüksəlib. Onlardan 2 619-nun vəziyyəti ağır qiymətləndirilir.
Cahanpur əlavə edib ki, indiyədək 136 360 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.