İlham Əliyev Donald Trampın təbrik məktubundan danışdı

  • 15.05.2020, 23:50,
  • Siyasət
  • Baxılıb: 10
İlham Əliyev Donald Trampın təbrik məktubundan danışdı












Prezident İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfrans zamanı ABŞ Prezidenti Donald Trampın ona ünvanladığı təbrik məktubundan danışıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, dövlət başçısı ABŞ-Azərbaycan münasibətlərinə toxunub:

“Yeri gəlmişkən, sizə deyə bilərəm ki, dünən mən Prezident Trampdan məktub almışam. O, məni və Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter