Bu gün Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilən Papa XIV Leo üçün Müqəddəs Pyotr Meydanında taxta çıxma mərasimi keçirilir.
“Qanunyolutv.az” xəbər verir ki, mərasimdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna lideri Volodimir Zelenski, Kanada Baş naziri Mark Karni və İsrail Prezidenti İshak Hersoq da iştirak edir.
****
Roma Papası XIV Leo, papalıq hakimiyyətinin simvolları olan “balıqçı üzüyü” və xaçlarla bəzədilmiş yun lent – pallium ilə təltif olunub.
Bu qədim mərasim 267-ci Roma Papasının pontifikat dövrünün rəsmi başlanğıcını simvolizə edib.
Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.
Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.