Roma Papası dəfn olundu - Video - Yenilənib

Roma Papası dəfn olundu - Video - Yenilənib

Roma Papası Fransisk bu gün dəfn ediləcək.

“Qanunyolutv.az” xarici mediaya istinadən xəbər verir ki, artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.

Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.

Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gedib.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.
****

Roma Papasının dəfn mərasimi başlayıb.
****

Vatikanda Papa Fransiskin dəfn mərasimi başa çatıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter