Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəldi - Yenilənib
- 26.01.2025, 21:30,
- Dünya / Xəbər
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.“Qanunyolutv.az” BELTA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb.
6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, Anna Kanopatskaya, Oleq Qaydukeviç, Sergey Sırankov və Aleksandr Xijnyakdır.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
****
“Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub”.Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
****
Belarusda keçirilən prezident seçkilərində seçicilərin 75,49 faizi iştirak edib. Bu haqda respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.
****
Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
