Rusiya həbsxanasında işçiləri girov götürən məhbuslar zərərsizləşdirildi - Yenilənib

  • 23.08.2024, 15:00,
  • Dünya
  • Baxılıb: 3
Rusiya həbsxanasında işçiləri girov götürən məhbuslar zərərsizləşdirildi - Yenilənib

Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.

“Qanunyolutv.az” TASS-a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.

Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib.

Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.
****

İnsident zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.
****

Rusiya mediasının məlumatına görə, məhbuslar helikopter və 2 milyon dollar tələb edirlər.
****

Rusiyanın “Shot” və “Mash” teleqram kanallarının məlumatına görə, qiyamda 4 məhbus iştirak edir və onlardan 2-si Tacikistan, 2-si isə Özbəkistan vətəndaşıdır. Onların 23-29 yaş aralığında olduğu vurğulanıb.
****

TASS sözügedən cəzaçəkmə müəssisəsində işçiləri girov götürən məhbusların adlarını açıqlayıb.

Məlumata görə, həmin şəxslər Özbəkistan vətəndaşları Ramzindin Toşeyev, Temur Xusinev və Tacikistan vətəndaşları Nazirçon Toşov və Navruz Rustamçondur.
****

Volqoqradda cəzaçəkmə müəssisəsində işçiləri girov götürən məhbuslar zərərsizləşdirilib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Onlardan birinin öldürüldüyü digər 3 nəfərin isə yaralandığı qeyd olunub.

O da bildirilib ki, bütün girovlar azad olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter