ABŞ-da 8 min məhbus azadlığa buraxılacaq
- 11.07.2020, 10:40,
- Dünya
Baxılıb: 92
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirus pandemiyası səbəbilə ABŞ-ın Kaliforniya ştatındakı həbsxanalardan 8 min məhbus azadlığa buraxılacaq."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Kaliforniya ştatının rəsmiləri, COVID-19-un yayılmasını yavaşlatmaq üçün ştat həbsxanalarından 8000 məhbusun azad ediləcəyini açıqlayıb. Qərar ştatdakı bir çox həbsxanada infeksiyanın geniş yayılmasından sonra verilib.
Səlahiyyətlilər məhbusların avqust ayının sonuna qədər sərbəst buraxılacağını bildirib. Sərbəst buraxma qərarının Kaliforniya həbsxanalarında məhbus sayının azaldılması, sosial məsafələr sahəsini artırılması və karantinlər üçün daha çox yer yaradılması məqsədi ilə verildiyi açıqlanıb.