ABŞ-da 33 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib
- 07.05.2020, 20:23,
- Dünya
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da koronavirus pandemiyası fonunda bir çox müəssisələrin fəaliyyətinin dayandırılmasından sonra 33 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Departamenti açıqlama yayıb. Bildirilib ki, son həftə ərzində 3 milyon 169 min yeni müraciət qeydə alınıb. Daha öncəki həftədə isə 3 milyon 846 min müraciətin qeydə alındığı bildirilib.
Bununla son 7 həftə ərzində işsizlik müavinətinə müraciət edənlərin ümumi sayı 33 milyon 483 minə çatıb. Bu isə Amerika əhalisinin demək olar ki, 10 faizini təşkil edir.