Azov dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsi vurulub

  • 15.01.2024, 13:00,
  • Dünya
  • Baxılıb: 1
Azov dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsi vurulub

Azov dənizi üzərində Rusiyaya məxsus “A-50” kəşfiyyat və “İl-22M” bombardmançı təyyarələri vurulub.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə ilk məlumatı Ukrayna Ali Radasının deputatları Yuri Mısyaqin və Aleksandr Fedienko öz teleqram kanallarında paylaşıblar.

Daha sonradan bir sıra Ukrayna mediaları ölkənin Baş Kəşfiyyat İdarəsinə istinadən sözügedən məlumatları təsdiq ediblər. Bildirilib ki, “A-50” təyyarəsi vurulub, “İl-22M”-ə isə zərbə nəticəsində zərər dəyib. Məlumata görə, hadisədən sonra “A-50” radarlardan itib və onunla əlaqə kəsilib. Daha sonra isə Rusiyanın “Su-30” təyyarəsinin pilotu tüstü və naməlum hərbi obyektin qəzaya düşdüyü barədə məlumat verib.

“İl-22M” təyyarəsinin Anapa hava limanında təcili eniş etdiyi iddia olunur.

Rusiya Müdafiə Nazirliyi təyyarələrin vurulması ilə bağlı məlumatları şərh etməyib. Nazirliyə yaxın “Рыбарь” teleqram kanalı təyyarələrin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu əsas versiyalardan biri kimi qeyd edib. Bununla belə, Ukrayna mediası onların ölkənin Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazır.

Qeyd edək ki, “A-50” təyyarələrindən kəşfiyyat zamanı əsasən hücumların hazırlanması və qarşı tərəfin hücumu barədə xəbərdarlıq etmək üçün istifadə edilir. Rəsmi məlumata görə, Rusiya 10 ədəd bu tip təyyarəyə sahibdir. Bir ədəd “A-50” təyyarəsinin qiyməti 330 milyon dollar olaraq qiymətləndirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter